AÇ-2020: seçmə mərhələsinin II turuna start verilir

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatında seçmə mərhələnin II turuna start veriləcək.

Turun ilk oyun günündə 4 qrupda 10 qarşılaşma keçiriləcək. "E" qrupunda Macarıstan Xorvatiyanı, Uels Slovakiyanı qəbul edəcəyi halda, Azərbaycan millisi rəsmi matça çıxmayacaq. İlk turda Slovakiya Macarıstanı 2:0, Xorvatiya isə Azərbaycanı 2:1 hesabı ilə yenib.

Günün mərkəzi oyunu "C" qrupunda Hollandiya və Almaniya yığmaları arasında olacaq. İlk turda "narıncılar" Belarusu darmadağın edib, Bundestim isə rəqibsiz qalıb. Qrupun digər matçında Şimali İrlandiya Belarusu sınağa çəkəcək.

"G" qrupunda İsrail Avstriyanı, Sloveniya Makedoniyanı, Polşa Latviyanı qəbul edəcək. Polşadakı qarşılaşmanı Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edəcək.
"İ" qrupunda isə Qazaxıstan - Rusiya, San-Marino - Şotlandiya, Kipr - Belçika qarşılaşmaları oynanılacaq.

AVRO-2020, seçmə mərhələ, II tur (24 mart)

"C" Qrupu

23:45. Şimali İrlandiya - Belarus

23:45. Hollandiya - Almaniya

Xal durumu: Hollandiya - 3, Şimali İrlandiya - 3, Almaniya - 0, Estoniya - 0, Belarus - 0.

"E" Qrupu

18:00. Uels - Slovakiya

21:00. Macarıstan - Xorvatiya

Xal durumu: Slovakiya - 3, Xorvatiya - 3, Uels - 0, Azərbaycan - 0, Macarıstan - 0.

"G" Qrupu

21:00. İsrail - Avstriya

23:45. Sloveniya - Makedoniya

23:45. Polşa - Latviya

Xal durumu: Makedoniya - 3, Polşa - 3, Sloveniya - 1, İsrail - 1, Avstriya - 0, Latviya - 0.

"İ" Qrupu

18:00. Qazaxıstan - Rusiya

21:00. San-Marino - Şotlandiya

23:45. Kipr - Belçika

Xal durumu: Kipr - 3, Qazaxıstan - 3, Belçika - 3, Rusiya - 0, Şotlandiya - 0, San Marino - 0.
report

Tarix
24 Mart 2019 [09:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-24 09:27:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin