"Boeing"in səhmləri 40 mlrd. dollardan çox ucuzlaşıb

22:46 - 23 Mart 2019 - DÜNYA

ABŞ-ın "Boeing" korporasiyasının bazar dəyəri martda "Boeing 737 MAX" tipli sərnişin təyyarəsinin Efiopiyada qəzaya uğramasından sonra 40 milyard dollardan çox ucuzlaşıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü CNN teleşirkəti məlumat yayıb. Məlumata görə, "Boeing" səhmlərinin məzənnəsi bu ay demək olar ki, 18 faiz aşağı düşüb. Bu o deməkdir ki, korporasiya qiymətli kağızlarının məcmu dəyəri 40 milyard dollardan çox ucuzlaşıb.

"Boeing"in ötən il verdiyi hesabatda isə onun məhsullarının satış həcminin 100 milyard dolları ötdüyü bildirilir.

Xəbər xətti