Bərdədə ər arvadını baltalayıb

22:02 - 23 Mart 2019 - HADİSƏ

Bərdə rayonunda ər arvadına balta ilə xəsarət yetirib.

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızına əri tərəfindən balta ilə ağır xəsarət yetirilib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfində Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralı qadının vəziyyətinin ağır olduğunu bildirib.

Faktla bağlı araşdırma başlansa da, hadisənin təfərrüatı açıqlanmır. 

Xəbər xətti