Bu yolda hərəkət məhdudlaşdırılacaq

Biləcəridə yollardan birində hərəkət məhdudlaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq mart ayının 23-ü səhər saatlarından Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsi ilə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Məhdudlaşma sabah gün ərzində aradan qaldırılacaq. Nəqliyyat sıxlığının yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.
Tarix
23 Mart 2019 [14:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-23 14:01:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin