Cəlilabadda 60 yaşlı kişi intihar edib

12:06 - 23 Mart 2019 - HADİSƏ

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.  Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Alar kəndində qeydə alınıb.  Belə ki, həmin kəndin sakini, 1962-ci il təvəllüdlü Ələddin Azadxan oğlu Əliyev yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib. Meyit müayinə olunaq üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.  İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti