Azərbaycan millisi növbəti oyununa çıxır

10:04 - 23 Mart 2019 - İDMAN

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün qrupda ikinci oyununu keçirəcək. Komandamız “Kuban” stadionunda İrlandiya yığması ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Matçın baş hakimi Adam Farkas, onun köməkçiləri: Balazs Szert (hər ikisi Macarıstan), Yeqor Bolxovitin, dördüncü hakim isə Nikolay Voloşin (hər ikisi Rusiya) olacaq. Qeyd edək ki, U-19 ilk oyunda Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qolsuz heç-heçə edib. Trend

Xəbər xətti