Avro-2020: Bu gün I turun oyunlarına yekun vurulacaq

08:30 - 23 Mart 2019 - İDMAN

Bu gün AVRO-2020-nin seçmə mərhələsində I turun oyunlarına yekun vurulacaq.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, sonuncu oyun günündə 3 qrupda 8 qarşılaşma təşkil olunacaq.
"F" qrupunda mübarizə aparan İspaniya evdə Norveçlə üz-üzə gələcək. Qrupda həmçinin Malta - Farer adaları və İsveç - Rumıniya görüşləri keçiriləcək.
"J" qrupunun favoriti İtaliya evdə Finlandiyanı sınağa çəkəcək. Digər oyunlarda Bosniya və Herseqovina Ermənistanı, Lixtenşteyn isə Yunanıstanı qəbul edəcək.

Daha iki qarşılaşma isə "D" qrupunda olacaq. Gürcüstan evdə İsveçrə ilə, İrlandiya isə səfərdə Cəbəllütariqlə qarşılaşacaq.
AVRO-2020-nin final mərhələsi qitənin 12 şəhərində, o cümlədən, Bakıda təşkil olunacaq. 24 komandadan 4-cü UEFA Millətlər Liqasından, 20-si isə hər qrupda ilk 2-si olmaqla, seçmə mərhələdən vəsiqə qazanacaq.

AVRO-2020, seçmə mərhələ
I tur


D qrupu

18:00. Gürcüstan – İsveçrə
21:00. Cəbəllütariq - İrlandiya

F qrupu

21:00. Malta – Farer adaları
21:00. İsveç - Rumıniya
23:45. İspaniya - Norveç

J qrupu

23:45. Bosniya və Herseqovina – Ermənistan
23:45. İtaliya - Finlandiya
23:45. Lixtenşteyn - Yunanıstan.

Xəbər xətti