Sabirabadda bıçaqlanma olub

00:33 - 23 Mart 2019 - HADİSƏ

Sabirabad rayonunda orta yaşlı kişi bıçaqlanıb. Rayonun 1980-ci il təvəllüdlü Qalağayın kənd sakini Muradov Həsən Əsgərxan oğlu mübahisə zəminində 1994-cü il təvəllüdlü həmkəndlisi Əliyev Cavid Gülbala oğlu tərəfindən bıçaqlanıb. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Report

Xəbər xətti