Bolton Trampın Qolan yüksəklikləri barədə qərarını izah edib

00:12 - 23 Mart 2019 - DÜNYA

ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton Qolan yüksəkliklərinin İsrail ərazisi olduğu barədə qərarı Suriya və İrana yönələn qarşıdurma ilə izah edib. Trend-in məlumatına görə, bu barədə Bolton “Twitter”-də yazıb. Bolton qeyd edib ki, Suriya və İran rejimlərinin Qolan yüksəkliklərini idarə etməsinə icazə verilməsi İranın bölgədəki sabitliyin pozulmasına yönələn mövcudluğuna göz yumması deməkdir. İsrailin təhlükəsizliyini möhkəmləndirmək ümumi təhdidlərə qarşı birgə işləmək bacarığımızı gücləndirir”, deyə Bolton yazıb.

Xəbər xətti