Aİ rəsmisi: “Avropa İttifaqının Qolan təpələri ilə bağlı mövqeyi dəyişməyib"

Aİ Qolan təpələrini İsrail torpaqları kimi tanımadı

 Avropa İttifaqının sözcüsü Maya Kosiyanovçiç Qolan təpələrində İsrailin suverenliyini tanımayacaqlarını bildirib: “Avropa İttifaqının mövqeyi dəyişməyib. Beynəlxalq hüquqa uyğun olaraq Qolan təpələri də daxil olmaqla İsrailin 1967-ci ildən bu yana işğal altında saxladığı bölgələrdə suverenliyini tanımırıq və oraları İsrail torpaqları hesab etmirik”.

Lenta.ru-nun xəbərinə görə, bu bəyanat ABŞ prezidenti Donald Trampın martın 21-də İsrailin işğalı altındakı Qolan təpələrində İsrailin mütləq hakimiyyətini tanımağın vaxtının çatdığını bildirməsindən sonra səslənib.
Rusiya XİN-in rəsmisi Mariya Zaxarova da Moskvanın İsrailin bu torpaqlarda suverenliyini tanımadığını bildirib.

Qeyd edək ki, 1944-cü ilə qədər Suriya torpaqları olan Qolan təpələri 1967-ci ildə 6 günlük müharibə nəticəsində İsrail tərəfindən işğal edilib.

Tarix
22 Mart 2019 [23:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin