Toster və qızarmış çörək kanserogendir – Xərçəng təhlükəsi

22:23 - 22 Mart 2019 - DİGƏR

Mətbəximizə, səhər yeməklərimizə hansı ildən ayaq açdığını dəqiq deyə bilmirik, amma çox ailələrin çörək qızartması və tostersiz işinin keçmədiyini görməmək mümkün deyil. 

Qazda, odda qızarmış və yanmış çörək və kartof kanserogen hesab olunur. Qızarmış, yanmış çörəkdə akrilamid adlı maddə yaranır, bu maddə Dünya Səhiyyə Təşkilatı tərəfindən insan orqanizmi üçün zərərli xərçəngə səbəb olacaq maddələr siyahısına daxil edilib.

Alimlər bildirir ki, yüngülcə yanmış çörəkdə 50-72 mq akrilamid olur. Yüngül qızarmış çörək elə də təhlükəli deyil. Lakin yandırılmış tost çörəkdə 112 mq akrilamid yaranır ki, bu da normanı keçir. Eləcə də çox qızarmış, yanmağa çatmış kartofda, kolbasada da akrimamid təhlükəli həddə olur.

Kembridc universitetinin mütəxəssisi Devid Şpiqelhalter bildirir ki, böyük insanlar üçün akrilamidin müəyyən dozası təhlükəli deyil, amma uşaq və yeniyetmə orqanizmi üçün zərərlidir. Xüsusən hər gün toster, tez-tez çox qızarmış kartof yeyənlərdə risk artır.

Ona görə də evinizdə toster olmamasına sevinmək lazımdır və tost çörək yeməkdənsə, adi çörək qəbul edin./medicina.az

Xəbər xətti