Avro-2020: Portuqaliya Ukraynaya, Türkiyə Albaniyaya qarşı

19:24 - 22 Mart 2019 - İDMAN

Bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində ilk turun daha 7 oyunu keçiriləcək.

Bu dəfə üç qrupda mübarizəyə start veriləcək. A qrupunda İngiltərə Çexiyanı qəbul edəcək. Digər görüşdə isə Monteneqro Bolqarıstanın qonağı olacaq.

B qrupunda Portuqaliya- Ukrayna görüşü keçiriləcək. Ölkəmizdə Türkiyənin səfərdə Albaniyaya qarşı keçirəcəyi görüş xüsusi maraq kəsb edir.

Son dünya çempionu Fransa isə Moldovanın qonağı olacaq.

22 mart

A qrupu

21:00. Bolqarıstan – Monteneqro
Sofiya. Vasil Levski Milli Stadionu

23:45. İngiltərə - Çexiya
London. “Uembli” stadionu

B qrupu

23:45. Lüksemburq – Litva
Lüksemburq. Jozi Bartel stadionu

23:45. Portuqaliya – Ukrayna
Lissabon. “Benfika” stadionu

H qrupu

23:45. Albaniya – Türkiyə
Şkoder. Loro Boriçi stadionu

23:45. Andorra – İslandiya
Andorra la Vella. Milli stadion

23:45. Moldova – Fransa
Kişinyov. “Zimbru” stadionu
qol.az

Xəbər xətti