Yevlaxda iki “Toyota” toqquşdu, xəsarət alan var - Foto

18:57 - 22 Mart 2019 - HADİSƏ

Bakı- Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

90-ND-795 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik avtomobili ilə 09-BB-222 dövlət nömrə nişanlı  “Toyota Prado” toqquşub. Ucnoqta.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, “Toyota Prado”nun sərnişini, 1956-cı il təvəllüdlü kəlbəcər sakini Musayeva Məlahət yaralanıb.

Onların toya getdiyi  bildirilir. “Land cruiser”ün sürücüsü də hadisə zamanı yüngül xəsarət alıb.

 Qəzayla bağlı araşdırma aparılır.

Xəbər xətti