Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mart ayı üzrə digər sosial təminat növləri kimi, ünvanlı dövlət sosial yardımlarının da Novruz bayramına qədər ödənişi tam təmin edilib.

Nazirlikdən verilən məlumata görə, martın 19-dək bütün sosial yardımlar aztəminatlı ailələrin hesablarına köçürülüb. Bu ailələrdəki 1 yaşadək uşaqlara sosial müavinət təyin olunur ki, mart ayı üzrə həmin müavinətlər də sosial yardımla bərabər ödənilib.

Ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən maddi təminat formasıdır. Hazırda 50 mindən artıq ailəyə ünvanlı dövlət sosial yardımı ödənilir.

Tarix
22 Mart 2019 [14:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-22 14:41:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin