Bakı-Tehran aviareysi təxirə salınıb

11:49 - 22 Mart 2019 - Xəbər

Bu gün Bakıdan Tehrana (İran) uçan aviareys təxirə salınıb. Məlumatı Heydər Əliyev Beynəlxalq Hava Limanından “Report”a təsdiq ediblər. Bu gün Bakı vaxtı ilə 10:30-da həyata keçirilməli olan “W5 1131” reysinin təxirə salınmasının səbəbi 9.15-də Tehrandan nəzərdə tutulan aviareysin ləğv edilməsidir. Həmin aviareysləri İranın “Mahan Air” şirkəti həyata keçirməli idi. Həmin uçuşları “A310-300” markalı sərnişin təyyarəsi ilə reallaşdırılması nəzərdə tutulmuşdu. 

Xəbər xətti