Goranboyda “Mercedes”lə "Ford" toqquşub: 2 nəfər yanaraq ölüb

10:27 - 22 Mart 2019 - HADİSƏ

Goranboy rayonunda “Mercedes” markalı yük avtomobili və "Ford" markalı minik avtomobili toqquşub. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində minik avtomobilinin yanar hissələri yanıb. Yanğının kəşfiyyatı zamanı minik avtomobilində aşkarlanan 2 nəfərin (şəxsiyyətləri dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər xətti