"Instagram"ın işində nasazlıq yaranıb

08:14 - 22 Mart 2019 - Xəbər

Dünyanın bir sıra ölkələrində "Instagram" sosial şəbəkəsinin işində nasazlıq müşahidə olunur. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur "Downdetector"xidməti bildirib. "Instagramın işində problemlər ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 18:01-dən müşahidə olunur", - deyə xəbərdə qeyd edilir. Nasazlıqlardan ən çox ABŞ, Almaniya, Portuqaliya, Peru, Braziliya və Avstraliya istifadəçiləri şikayət ediblər. Xidmətin məlumatına görə, istifadəçilərin çox hissəsi (təxminən 54%-i) xəbər lentinə baxışdan, təxminən 28%-i proqrama daxil ola bilməmələrindən şikayətləniblər.

Xəbər xətti