Ana səhifə
22 Oktyabr 2018

FHN toy karvanı ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) İsmayıllı rayonunda toy karvanında baş verən dəhşətli qəza ilə bağlı məlumat yayıb.

 

Ucnoqta.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonunun Qubaxəlilli kəndində (rayon mərkəzindən 33 km aralı) yol-nəqliyyat hadisəsi baş verib.

Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, “Mitsubishi” markalı minik avtomobilinin sürücüsü Firudin Ələsgər oğlu Əsgərov, 1 nəfər sərnişini və “Mercedes” markalı minik avtomobilində olan 2 nəfər qəza nəticəsində hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılmış vəziyyətdə qalmış 4 nəfərin cəsədini xüsusi alət və avadanlıqlar vasitəsilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix
29 Sentyabr 2014 [19:16]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin