Göyçayda 23 yaşlı oğlan faciəli hadisə nəticəsində ölüb- Foto

Göyçay şəhərinin mərkəzində bayram günü faciə yaşanıb. 

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saat 20:00 radələrində Göyçay şəhərinin Nərimanov küçəsində qeydə alınıb. Rayon sakini, 1996-cı il təvəllüdlü Kərimov Akif Asif oğlu piyada səkisində hərəkət edərkən "Oskar" marketin qarşısındakı irigövdəli cinar ağacının qurumuş budaqlarından biri qəflətən qoparaq onun başına düşüb.

O, ağır kəllə-beyin travması alaraq huşunu itirib. Çoxlu qan itirən Akif Kərimov yaxınlıqdakı insanların köməyi ilə təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına göndərilib, lakin yolda dünyasını dəyişib.

Qeyd edək ki, ötən həftə Göyçay şəhərinin mərkəzində irigövdəli başqa bir çinar ağacı aşaraq avtomobil yolunu bağlamışdı. Həmin hadisə zamanı evlərə və insanlara ziyan dəyməmişdi. 

Tarix
21 Mart 2019 [00:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-21 00:07:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin