FED faiz dərəcəsi ilə bağlı qərar verdi

23:55 - 20 Mart 2019 - Xəbər

ABŞ-ın ölkənin mərkəzi bank funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistmi (FED) baza faiz dərəcəsini hazırkı 2,25-2,5% səviyyəsində saxlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə maliyyə tənzimləyicisinin çərşənbə günü keçirilən iclasdan sonra yaydığı məlumatda bildirilir. FED həmçinin 2019-cu ildə ABŞ-da inflyasiya səviyyəsi üzrə proqnozunu1,8%-ə qədər, ölkə ÜDM-nin artım proqnozunu isə 2,1%-ə qədər azaldıb.

Xəbər xətti