Qayda pozan DYP avtomobili üçün rəsmi cavab – “Avtomobil nasaz olub” - Video

23:37 - 20 Mart 2019 - Xəbər

Avtomobildə nasazlıq yarandığı üçün mayakı yandırmaq mümkün olmayıb

Ucnoqta.az xəbər verir ki, vətəndaşlardan biri öz avtomobilinə quraşdırılmış videoregistratorla çəkilmiş videogörüntünü Avtosfer.az-a göndərib. Videogörüntüdən göründüyü kimi, yanvarın 28-də saat 13:28 radələrində Babək prospektinin Nizami rayonu ərazisinə düşən hissəsində 99 YP 275 dövlət qeydiyyat nişanlı DYP avtomobilinin sürücüsü dönmə işıqlarını yandırmadan manevr etmə qaydasını pozaraq digər nəqliyyat vasitələrini sağdan ötüb keçir.

Bu zaman sürücü sayrışan işıqları da qoşmayıb. Görüntü əsasında vətəndaş elektron qaydada DYP rəsmilərinə müraciət edib və sürücüyə yol verdiyi qayda pozuntusuna uyğun protokol yazılmasını istəyib. İş aidiyyatı üzrə Nizami rayon DYP Şöbəsinə yönləndirilib. İdarədən gələn rəsmi cavab isə oxuyanları təəccübünə səbəb olmaya bilməz.

İcraçısı S.Huseynov olduğu cavab məktubunda bildirilir ki, həmin vaxt avtomobilin mayakında  nasazlıq yaranması ilə bağlı təmirə getdiyi üçün həmin vaxtı mayakı yandırmaq mümkün olmayıb.

Videogörüntünü və cavab məktubunu təqdim edirik.


Xəbər xətti