Modriç: Azərbaycan çox təhlükəli komandadır

Azərbaycan millisi çox təhlükəli komandadır. Bu seçmə mərhləsinin əvvəlidir. Bizim üçün yaxşı start götürmək vacibdir.

Bunu Xorvatiya millisinin futbolçusu Luka Modriç deyib.

“Mən Azərbaycanla oyunu xatırlayıram. Onlar sona qədər mübarizə aparırdılar. Sabah azarkeşlərimiz sevindirməyə çalışacağıq”, - deyə o sözlərinə əlavə edib.

Öz növbəsində Xorvatiya millisinin baş məşqçisi qeyd edib ki, rəqibə hörmətlə yanaşırlar.

“Bizə asan rəqib düşməyib. Azərbaycan millisinə Nikola Yurçeviç rəhbərlik edir. O komandanı yaxşı tanıyır və bizə çətinliklər yaradacaq. Hazırlıq üçün az vaxtımız olub. Favorit olduğumuzu bilirik, ancaq diqqətli və səbrli olmalıyıq, - deyə o bildirib”.

Qeyd edək ki, millimizin Xorvatiya ilə görüşü martın 21-də yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə 23:45) başlayacaq./oxu.az

Tarix
20 Mart 2019 [21:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin