Masazırda 4 otaqlı evdə yanğın olub

21:17 - 20 Mart 2019 - HADİSƏ

Abşeron rayonunda yanğın hadisəsi qeydə alınıb.

 FHN-dən verilən məlumata əsasən, rayonun Masazır qəsəbəsində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin 3 otağının və dam örtüyünün yanar konstruksiyaları 64 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti