Keçmiş məhkumda tapança aşkarlandı

19:23 - 20 Mart 2019 - HADİSƏ

Polis keçmişi məhkumu saxladı, üzərində tapança aşkarlandı

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Z.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “Revolver” tipli tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

Xəbər xətti