Xavi və Pike İspaniya millisinə çağrıldı

17:23 - 20 Mart 2019 - İDMAN

Kataloniya yığması Venesuela ilə keçirəcəyi yoldaşlıq oyunu üçün heyətini açıqlayıb.

Martın 25-də keçiriləcək qarşılaşma üçün milliyə dəvət alan oyunçuların arasında maraqlı adlar da var. Belə ki, İspaniya yığmasındakı çıxışları ilə tanınmış bəzi oyunçular yoldaşlıq oyunu üçün komandalarının şərəfini qoruyacaqlar.

Bunların arasında Boyan Krkiç, Xavi Hernandez, Jerar Pike, Mark Bartra, Aleyş Vidal və Jerar Delafeu kimi tanınmış simalar da var. Qeyd edək ki, “Barselona”nın mərkəz müdafiəçisi Jerar Pike İspaniya millisində çıxışını başa vurduqdan sonra ilk dəfə yığmaya dəvət alıb./matc.az

Xəbər xətti