Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var

16:18 - 20 Mart 2019 - HADİSƏ

Quba rayonunda avtomobil dərəyə aşıb.

Hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb. Belə ki, KİA markalı, 90 HX 904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971-ci il təvəllüdlü Məryəm Gülbala qızı Məmmədova və 1965-ci il təvəllüdlü Barat Abbas oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb. Hadisəyə qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti