Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 20-də Qazaxıstan xalqının lideri, Təhlükəsizlik Şurasının sədri Nursultan Nazarbayevə telefonla zəng edib.

Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı Nursultan Nazarbayevin prezidentlik fəaliyyəti dövründə Qazaxıstanın inkişafı, firavanlığı və əmin-amanlığının təmin olunması istiqamətində yorulmaz səylər göstərdiyini vurğulayıb, onun xalqımızın ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasını qoyduğunu qeyd edib. Prezident İlham Əliyev Nursultan Nazarbayevə gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Nursultan Nazarbayev göstərilən diqqətə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev və Nursultan Nazarbayev Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Tarix
20 Mart 2019 [15:36]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin