Zəlzələ proqnozu düz çıxan alimdən Xəbərdarlıq: Gələn həftə ...

Verdiyi proqnozlarla bütün dünyada məşhurlaşan, bu gün səhər saatlarında Türkiyədə meydana gələn zəlzələnin də xəbərini çox öncədən verən seysmoloq Frenk Huqerbits yeni açıqlaması ilə gündəmə gəlib.

Ucnoqta.az Publika.az-a istinadən xəbər verir ki, mütəxəssis mart ayının sonunda da şiddətli zəlzələ olacağını proqnozlaşdırıb. Alimin sözlərinə görə, bu ayın sonunda Merkuri, Neptun və Yer planeti eyni cərgədə sıralanacaq. Buna görə də Yerdə şiddətlə yeraltı təkanlar qeydə alınacaq.

Son olaraq 21 fevral tarixində bu planetlərin eyni cərgədə sıralanmasına və bundan sonra 7,5 bal gücündə zəlzələnin meydana gəlməsinə diqqət çəkən Huqerbits ayın son həftəsində diqqətli olunması ilə bağlı çağırış edib.

Qeyd edək ki, seysmoloq ötən gün verdiyi açıqlamada 20-21 martda Avropa-Aralıq dənizi seysmik xəttində zəlzələ olacağını söyləmişdi.

Bundan əvvəl onun verdiyi bütün proqnozlar doğru çıxıb.

Tarix
20 Mart 2019 [14:32]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-20 14:32:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin