Azərbaycanın müdafiə naziri Pakistana rəsmi səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 21-də Pakistan İslam Respublikasına rəsmi səfərə gedəcək.

Ucnoqta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, səfər çərçivəsində Pakistanın dövlət rəhbərliyi, hərbi və digər strukturlarının rəsmiləri ilə keçiriləcək görüşlərdə hərbi, hərbi-texniki, hərbi təhsil və bir sıra digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulub.

Bununla yanaşı, general-polkovnik Z.Həsənov martın 23-də Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi paradda fəxri qonaq qismində iştirak edəcək.

Bir çox dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edəcək.

Tarix
20 Mart 2019 [11:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin