“WhatsApp”da Yenilik- linklərə daxil olmaq daha da asanlaşacaq

10:04 - 20 Mart 2019 - Xəbər

Tezliklə populyar “WhatsApp” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.

Daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “WhatsApp” messenceri daxilində açmaq mümkün olacaq. Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün “WhatsApp”dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.

Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək. Qafqazinfo

Xəbər xətti