Nursultan Nazarbayev istefa verib

18:11 - 19 Mart 2019 - Xəbər

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev vəzifəsindən getdiyini açıqlayıb.

Bu barədə N.Nazarbayev özü xalqa müraciətində deyib. Ölkə prezidenti səlahiyyətlərini növbəti seçkilərədək Qazaxıstan Senatının spikeri Kasım-Jomar Tokayev icra edəcək.

Qeyd edək ki, Nursultan Nazarbayev 1990-cı ildən ölkəyə rəhbərlik edib. 2015-ci ildə o, beşinci müddətə prezident seçilmişdi. trend

Xəbər xətti