Rusiyadan heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulub

12:45 - 19 Mart 2019 - Xəbər

Azərbaycan ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.

AQTA-dan verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən Rusiyanın Zabaykal diyarının Krasnokamen rayonu ərazisində dabaq xəstəliyi qeydə alınıb.
“Bununla əlaqədar olaraq, Azərbaycanın baş dövlət baytarlıq müfəttişi tərəfindən Zabaykal diyarının Krasnokamen rayonu ərazisindən heyvan və heyvan mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - deyə xəbərdarlıqda bildirilib.

Məlumatda qeyd olunur ki, nəzarət tədbirlərinin gücləndirilməsi Agentlik tərəfindən Zabaykal diyarlarından birbaşa və ya qeyd edilən ərazilərdən tranzit olaraq keçməklə Azərbaycan Respublikasının ərazisinə gələn nəqliyyat vasitələrinin gömrük sərhəd-buraxılış məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinə aidiyyəti üzrə müraciət olunub.

Xəbər xətti