Gürcüstandan Azərbaycana avtomobil gətirilməsi 2,4 dəfə artıb

12:00 - 19 Mart 2019 - Xəbər

Bu ilin yanvar-fevral aylarında Azərbaycan Gürcüstandan 2 175 ədəd avtomobil alıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. İdxal olunan avtomobillərin ümumi dəyəri 19 mln. 797 min dollartəşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycanın Gürcüstandan idxal etdiyi avtomobillərin sayı 1 299 ədəd və ya 2,4 dəfə çoxdur.

2018-ci ilin yanvar-fevral aylarında Azərbaycan qonşu ölkədən ümumi dəyəri 16 mln. 116 min dollar olan 876 ədəd avtomobil idxal edib. report

Xəbər xətti