Baş Prokurorluğun Mətbuat Xidmətində kadr dəyişikliyi olub

11:18 - 19 Mart 2019 - Xəbər

Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətində kadr dəyişikliyi olub.

Bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Mətbuat Xidmətinin prokuroru Kənan Zeynalov xidmətin böyük prokuroru vəzifəsinə təyin olunub.

Xatırladaq ki, K.Zeynalov buna qədər Gəncə şəhər Prokurorluğunun müstəntiqi vəzifəsində çalışıb.
Respublika Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri baş ədliyyə müşaviri Eldar Sultanovdur. /trend

Xəbər xətti