“Lotu Quli”nin adamları belə saxlanıldı - Video

Ukrayna hüquq-mühafizə orqanları Odessa şəhərində qəsbkarlıqla məşğul olan cinayətkar dəstəni zərərsizləşdirib.

“Qafqazinfo”nun “Faktı” nəşrinə istinadən xəbərinə görə, dəstəyə “Lotu Quli”nin adamlarından biri, Azərbaycandan olan “Kondur” ləqəbli kriminal avtoritetin rəhbərlik etdiyi məlum olub.

Məlumata görə, dəstə üzvləri cari ilin fevralında Odessanın Suvorov rayonunda adı açıqlanmayan kişinin 110 min qrivenini (4 min dollardan çox) və “Nissan” markalı iki avtomobilini əlindən alıblar. Bundan sonra onlar qurbanından yenə pul tələb ediblər. Lakin həmin şəxs polisə müraciət edib.

Dəstə üzvləri onunla yenidən görüşüb 5 min dolları və “Hyundai” markalı avtomobili almaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Tarix
19 Mart 2019 [10:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-19 10:55:58
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin