Ekspert: "Mən ad, vəzifə dalınca qaçmıram, ..."

23:10 - 18 Mart 2019 - Cəmiyyət

"Dövlət İmtahan Mərkəzi 2019-2020-ci tədris ili üçün qəbul qaydalarını əks etdirən Abituriyentlər 2 jurnalını nəşr etdi. Amma deyiləndən bir gün sonra". 

Ucnoqta.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, qəbul qaydası ilə və çap olunan jurnalla bağlı müəyyən narahat məqamlar var:

1. Abituriyent 2 jurnalı səhifə 177-178-də Abituriyentlərə uğur qazanmaq üçün verilən vacib tövsiyələr hissəsində belə bir bənd var ki, Azərbaycan Respublikası Konstitusiyasını dərindən öyrənmək. Cənablar, artıq 2 ildir ki, orta məktəblərdə konstitusiya fənni tədrisdən çıxarılıb. Hal hazırda kostitusiya yalnız IX sinif Azərbaycan Tarixi, paraqraf 51 də konstitusiya haqqında 1 abzas və sxem verilib ki, bu da dərindən öyrənmək üçün yetərli deyil. Qeyd olunan təklif müəllim abituriyentləri çaşdıra bilər ki, biz konstitusiyanı bütöv şəkildə öyrənməliyik.

2. Abituriyent 2 jurnalının sonunda 2018-ci ildə qəbul imtahanlarında formalaşmış keçid balları qeyd olunub. Bunu sadəcə jurnalın səhifə sayı dolsun deyə edildiyini düşünürəmvə bu abituriyentlərə kömək etməkdən çox, çaşqınlıq yaradacaq. Çünki 2018- də formalaşmış keçid balları bu il eyni olmayacaq. Misal üçün, 2018-də V ixtisas qrupu üzrə 50 balla universitetə qəbul olmaq mülkün idi, amma bu il V qrupda 60 bal keçid balıdır. 2018-ci il balını görən abituriyentlərdə çaşqınlıq yarada bilər.

3. Abituriyen 2 jurnalında ümumi müsabiqə balı qeyd olunsa da, fənlər üzrə nisbi bal məhdudiyyəti barədə məlumat yoxdur.

4. Elektron ərizə ilə bağlı marifləndirmə tədbirlərini çoxaltmaq lazımdır. Sizdə müraciət edən abituriyentlər barədə məlumat var, onların bəziləri yalnız may ayındakı, imtahanın 2-ci mərhələsini elektron ərizələrində qeyd edirlər. Özünüz də bilirsiz ki, 1-ci turda iştirak etməyən şəxsin 2 ci turdakı nəticəsinin əhəmiyyəti yoxdur. Təstiq olunan elektron ərizələrin sayında bunu görmək olar. Yəni I-IV ixtisas qrupları ilə V qrup arasında balans hesabı pozulub.

5. Abituriyent 2 jurnalında situasiya tipli test tapşırıqları barədə verilən informasiya yetərli deyil. Hələdə bu test tapşırıqlarının dərslikdən və ya əlavə yerdən düşməsi barədə məlumat yoxdur.

Mən təhsilin bu vəya digər pillələrində görülən işlər barədə, çatışmazlıqlar baradə məlumat verirəm. Və ya görülən işlər barədə sosial şəbəkə vasitəsinə insanları məlumatlandırıram. Bəlkədə sizdən çox vətəndaşın sual və müraciətlərinə təmənasız cavab verirəm". 

Kamran Əsədov qeyd edir ki, sağ ol demək əvəzinə, saytlara zəng edib deyirlər ki, bunu Kamran Əsədova istinad etməyin, bizim adımızı yazın: "Mən ad, vəzifə dalınca qaçmıram, insanlara anlayışını dildə prosesləri izah edirəm. Yoxsa TV və saytlara zəng edib deyirlər ki, Kamran Əsədovdan müsahibə almayın".

Xəbər xətti