Şəmkirdə iki avtomobil toqquşdu, xəsarət alan var

21:55 - 18 Mart 2019 - HADİSƏ

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində 2 avtomobil toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Rövşən Quliyev xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib, vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır. Qafqazinfo

Xəbər xətti