Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlar başlayır

20:56 - 18 Mart 2019 - Xəbər

“Türk Hava Yolları” Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara başlayır.

 Türk Hava Yolları 31 mart tarixindən etibarən Antalya-Bakı-Antalya istiqamətində birbaşa uçuşlara start verir. Ucnoqta.az xəbər verir ki, ilk mərhələdə - 31 mart-29 may aralığında baş tutacaq uçuşlar həftədə 3 dəfə həyata keçiriləcək. Bu tarixlər aralığında həftənin bazar ertəsi, çərşənbə və bazar günlərində Antalya-Bakı reysi reallaşdırılacaq. Əks istiqamətdə olan Bakı-Antalya reysi isə həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə axşamı günlərində həyata keçiriləcək.

1 iyun tarixindən etibarən isə Antalya-Bakı-Antalya istiqamətində aviareyslər gündəlik rejimdə baş tuatacaq.
Təyyarələrin uçuş saatları yerli vaxtla Antalya-Bakı (AYT BAK) 23:55-3:40 Bakı-Antalya (BAK AYT) 05:15-70:25 göstərilib.

Qeyd olunan istiqamətlərdə biletlər artıq satışa təqdim olunmuşdur.

Xəbər xətti