Gürcüstanda Novruz bayramı təbriki narazılığa səbəb oldu- Foto

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun mərkəzində reklam lövhələrinin birində Novruz bayramı ilə əlaqədar yerləşdirilmiş təbrik yerli sakinlərin narazılığına səbəb olub.

Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, narazılığa səbəb löhvənin bir üzündə Azərbaycan dilində olan “Novruz Bayramınız Mübarək” sözlərində “ı” hərflərinin “i” kimi (Bayraminiz) səhv yazılması olub. Bayramla bağlı təbriki reklam löhvəsinə Marneuli Rayon İcra Hakimiyyəti yerləşdirib.

Təbrikdəki səhvin əks olunduğu fotoşəkil Marneulinin “Facebook” sosial şəbəkəsi istifadəçiləri arasında fəal müzakirə mövzusu olub. Onların bildirdiyinə görə, rayon rəhbərliyi hər il Novruz bayramı ərəfəsində reklam löhvələrinin birində təbrik yerləşdirir və hər dəfə də Azərbaycan dilində yazılan sözlərdə mütləq hər hansı bir səhvə yol verilir.

Marneuli ictimaiyyətinin narazılıq və tənqidindən sonra reklam löhvəsindəki “i” hərflərinin nöqtələri yaşıl rənglə boyanıb və səhv aradan qaldırılıb. 

Tarix
18 Mart 2019 [17:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin