OPEC+ formatında növbəti görüşün iki ay təxirə salınması müzakirə olunur

OPEC+ formatı iştirakçılarının neft hasilatını azaltmaqla bağlı sazişinin yerinə yetirilməsinə nəzarətlə bağlı OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsi (JMMC) nazirlərin növbəti görüşünün apreldən iyun ayına keçirilməsi məsələsini müzakirə edir.

Bu barədə Bakıda keçirilən JMMC-nin 13-cü iclasında Qazaxıstanın energetika naziri Kanat Bozumbayev bildirib. Bununla yanaşı, OPEC-dəki bir mənbə TASS-a bildirib ki, Nazirlərin Monitorinq Komitəsinin növbəti iclası mayda keçirilə bilər.
Hazırda nazirlərin həmin görüşünün apreldən iyun ayına təxirə salınması ətrafında müzakirələr getdiyini diqqətə çatdıran mənbənin sözlərinə görə, görüş sadəcə təxirə salınır, tamamilə ləğv olunmur.

Həmçinin Monitorinq Komitəsinin növbəti iclasının may ayında keçirilməsi imkanlarının müzakirə mövzusu olduğu da bildirilir.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC)  Bakıda işə başlayan 13-cü iclasında OPEC ölkələrindən Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, İraq, Konqo, Küveyt, Liviya, Nigeriya, qeyri-OPEC ölkələrindən Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya iştirak edir. Martın 17-də isə Müştərək Texniki Komissiyasının 27-ci iclası keçirilib. report

Tarix
18 Mart 2019 [15:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-18 15:14:38
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin