Gülnarə Xəlilovanın “Novruz” kolleksiyasi Özbəkistanda təqim ediləcək

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Novruz” kolleksiyası martın 21-22-də Şəhrisəbzdə (Özbəkistan) keçiriləcək II Beynəlxaq Milli Geyim Festivalında təqdim ediləcək.

Ucnoqta.az-ın məlumatına görə, festivalın təşkilatçılarından – Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsindən bununla bağlı dəvət alınıb. Novruz bayramına həsr olunmuş tədbirdə Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və İtaliyadan olan dizaynerlər də öz kolleksiyalarını nümayiş etdirəcəklər.

Festival çərçivəsində yerli və əcnəbi dizaynerlərin dəb nümayişləri, yeni başlayan modelyerlər üçün ustad dərsləri, folklor ansamblları və ifaçılarının çıxışları baş tutacaq.

Tədbirin təntənəli bağlanış mərasimində festivalda təqdim olunmuş ən yaxşı kolleksiyaların müəlliflərinin mükafatlandırma mərasimi keçiriləcək. 

Tarix
18 Mart 2019 [15:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-18 15:17:15
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin