“Prezident mənə və daha iki xalq artistinə ev hədiyyə edib” – Xalq artisti

15:02 - 18 Mart 2019 - Xəbər

Prezident İlham Əliyev bir müddət əvvəl üç xalq artistinə ev hədiyyə edib.

Ucnoqta.az Bizimyol.infoya istinadən xəbər verir ki, bu barədə saytımıza açıqlamasında xalq artisti Ağaxan Salmanlı məlumat verib. Xalq artisti qeyd edib ki, ev alanlar siyahısında özü, xalq artisti Səidə Quliyeva və xalq artisti Yasin Qarayev də var. Ağaxan Salmanlı saytımıza açıqlamasında bildirib ki, evi prezidnet özü onlara hədiyyə edib.

“Biz özümüz ev istəməmişdik. Düzdür, çox böyük ehtiyacımız var idi, amma istəməmişdik. Bizə prezident təqaüdü veriləndən sonra, Bakı şəhər Icra Hakimiyyətinə dəvət etdilər və hardan istəyirik, ordan da ev veriləcəyini bildirdilər.”
“Evi xeyli müddətdir veriblər.Hazırda mən həmin evdə yaşayıram. Səiqə Quliyeva da qonşumdu. Bizim evimiz Nizami rayonu “Qara Qarayev” metrosunun üstündə, Yasin Qarayevin evi isə avtovağzalın yanındadır. Allah prezidentimizi qorusun. O mədəniyyət adamlarına yaxşı baxır. Təşəkkürümü bildirirəm.”

Qeyd edək ki, bir qədər əvvəl xalq artisti Əjdər Həmidov da mətbuata açıqlamasında prezident lham Əliyevin ona ev verdiyini bildirmişdi.


Xəbər xətti