Gürcüstan parlamentində dava düşüb

12:57 - 18 Mart 2019 - Xəbər

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsinin iclasında fiziki qarşıdurma baş verib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, iclas zamanı Avropalı Gürcüstan Partiyasından olan deputat Otar Kaxidze və çoxluq üzvü İrakli Beraya arasında mübahisə yaranıb. O.Kaxidze İ.Berayaya vərəqələr atıb. Yaranmış vəziyyətə nəzarətçilər müdaxilə edib.

Hüquqi məsələlər üzrə komitənin iclasında çoxluğun hakimlərin seçilməsi qaydalarına dair qanun layihəsi müzakirə olunur.
Deputatlar arasında mübahiaəyə məsələyə baxılma proseduru səbəb olub.

Xəbər xətti