“Partners & Business” sərgi-konfransı keçirilib

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) və Marsol şirkətinin birgə təşkilatçılığı ilə martın 15-də Caspian Business Hoteldə “Partners & Business” sərgi-konfransı keçirilib.

Ucnoqta.az xəbər verir ki, sərgidə müxtəlif sektorlardan olan 100-dən artıq yerli şirkətlər öz məhsullarını nümayiş etdiriblər. Sərgidə həmçinin B2B Görüşlər, canlı musiqi, video və foto çəkilişlər olub. Sərgiyə xeyli sayda ziyarətçi gəlib və sərgi böyük maraqla qarşılanıb.

Həmçinin həmin gün (15 mart 2019) saat 18:00-da 500-dən artıq sahibkarın iştirakı ilə sərgi-konfrans keçirilib. Sərgi-konfransın keçirilməsində məqsəd yerli sahibkarlıq subyektləri arasında sıx əlaqələrin qurulmasıdır.

Konfransı giriş sözü ilə Marsol şirkətinin direktoru Tural Mustafayev açaraq, sərgi-konfrans iştirakçılarını salamlayıb və hər kəsə öz təşəkkürünü bildirib. Tural Mustafayev “Sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən uğurlu iqtisadi layihələrin tanıdılması istiqamətində fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. Hər zaman olduğu kimi bundan sonra da sahibkarların bir-birini daha yaxından tanıması, onlar arasında əlaqələrin daha da genişlənməsi əsas məram və məqsədimiz olacaqdır”- deyə qeyd edib.

Daha sonra çıxış edən ASK-nın vitse-prezidenti Vüqar Zeynalov ASK-nın prezidenti Məmməd Musayevin salamlarını sərgi-konfrans iştirakçılarına çatdırıb. Ölkə başçısının qeyri-neft sektorunun və sahibkarlığın inkişafına dəstəyin göstərilməsi ilə bağlı tapşırığını vurğulayaraq, bu günkü tədbirin də məhz bu məqsədlə təşkil edildiyini diqqətə çatdırıb, bu istiqamətdə ASK tərəfindən davamlı işlərin aparıldığını qeyd edib. Azərbaycan Sahibkarlar Konfederasiyasının əsas məqsədinin öz üzvlərinin mövcud potensialından istifadə edərək dövlət-özəl sektor əməkdaşlığı mexanizmləri vasitəsi ilə respublikamızda daha əlverişli biznes mühitin yaradılması prosesində və dayanıqlı inkişafın təmin olunmasında yaxından iştirak etmək olduğunu bildirib.

Tədbir Məftun Xəlilovun çıxışı, Təbriz Hacınskinin “Müəssisələrin kadr idarə etməsində profaylinq sistemini necə tətbiq etmək olar?”, Vüqar Poladovun “İdarəçilərin və sahibkarların bilməli olduğu maliyyə” və Sakit Səmədovun “Nəzarət üçün sistemləşmə, sistemləşmə üçün nəzarət”, mövzularında çıxışları ilə davam edib.

Tədbirin sonunda müxtəlif kateqoriyalarda mükafatlar, medallar və sertifikatlar sahiblərinə təqdim olunub. 

Tarix
18 Mart 2019 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2019-03-18 12:26:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin