NASA-dan Xəbərdarlıq — Yerə asteroid yaxınlaşır

18:13 - 18 Mart 2019 - Xəbər

Planetimizə iri asteroid yaxınlaşır.

Bu barədə NASA-nın saytında məlumat verilib. Məlumata əsasən, “EA2” asteroid Yerdən çox yaxın, yəni Aydan da yaxın məsafədən keçəcək. Ehtimal edilir ki, obyekt 22 mart tarixində planetimizə maksimal yaxınlaşacaq və 305 min km məsafədən ötəcək. Bu, Yerdən Aya qədər olan məsafədən 80 min km azdır.

Asteroid saniyədə 5 km sürətlə hərəkət edir və diametri 18-40 metrdir.
Qeyd edək ki, sentyabr ayında da NASA planetimizə “SP1” asteroidinin yaxınlaşdığını qeyd etmişdi. Ölçüsü 70-160 metr olan bu asteroid Yerdən 5.87 milyon km aralı keçmişdi.olke.az

Xəbər xətti