Bakıda ağac “Prado” və “BMW”nin üstünə aşdı - Foto

10:29 - 18 Mart 2019 - HADİSƏ

Bakıda güclü külək nəticəsində iki maşının üzərinə ağac aşıb. 

Hadisə paytaxtln Təbriz küçəsində baş verib. Sağlam və inkişafda olan sərv ağacı kökündən çıxaraq 10 US 420 nömrəli “Toyota Prado” və “BMW” markalı iki avtomobilin üzərinə düşüb. Nəticədə, hər iki maşına zərər dəyib.

Bundan başqa Bakının müxtəlif yerlərindən 10-a yaxın ağacın budaqları sınaraq yola düşüb. Həmin ərazilərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təmizləmə işləri aparılır./qafqazinfo


Xəbər xətti