Paytaxtda qazın verilişi bərpa edilib - “Azəriqaz”dan Açıqlama

10:17 - 18 Mart 2019 - Xəbər

Paytaxtın bir çox ərazisində qazın verilməsində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya məlumatı "Azəriqaz" İB-nin mətbuat katibi İbrahim Kərbalayev verib. O bildirib ki, gecə saat 1 radələrində Qaradağ-Bİgah magistral qaz kəmərində qaz sızması aşkar olunub:
“Qəza səbəbindən Bakının bir çox rayonunda qazın verilməsində fasilə yaranıb. Təmir işləri səhər saat 7 radələrində yekunlaşıb və saat 9-dan etibarən yaranmış məhdudiyyət aradan qaldırılıb”.

Xəbər xətti