Ana səhifə
18 İyun 2018

Ərdoğan Gülənin işini şəxsi nəzarətə götürdü

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib ki, ABŞ-da mənzillənmiş islamçı vaiz Fethullah Gülenə və ona yaxın media qurumlarına qarşı cinayət təhqiqatını şəxsi nəzarətə götürüb.

 

 

Ucnoqta.az azadliq.org-a istinadən xəbər verir ki, prezident bu işlərin siyasi motivli olduğu və qisas xarakteri daşıdığı barədə iddiaları rədd edib. Bundan bir gün əvvəl, cümə günü İstanbul məhkəməsi Gülenin həbsi üçün order verib. Ona qarşı qaldırılmış cinayət işində Fethullah Gülen terrorçu qəsdə rəhbərlik etməkdə və terrorçu vasitələrlə hakimiyyəti zəbt etmək cəhdində ittiham olunur.

 

Reuters agentliyi yazır ki, Pensilvaniya ştatında könüllü sürgündə yaşayan Gülen-in həbsi üçün verilmiş order Vaşinqton və Ankara arasındakı münasibərtləri sınağa çəkə bilər. Bir çox Qərb təhlilçiləri ABŞ-ın Gülen-i Ankaraya təslim edəcəyinə inanmırlar.

 

Agentlik bunu da əlavə edir ki, belə bir orderin verilməsi heç şübhəsiz Türkiyədə ədliyyənin müstəqilliyi barədə suallar doğuracaq. Prokuror Gülen-i silahlı terrorçu dəstəyə başçılıq etməkdə günahlandırıb.

 

“Mən bu hüquqi prosesi yaxından izləyirəm, - deyib Erdoğan Türkiyənin NTV telekanalına, - Hər bir iş qanunçuluq çərçivəsində görülür. Burada heç kimi linç etmirlər”.

 

Bir vaxtlar yaxın müttəfiq olmuş prezident Erdoğan və Hizmet təşkilatının rəhbəri Gülen arasında münasibətlər ötən ilin dekabrında korlanıb. Həmin vaxt Erdoğan mediada ailəsinə, yaxınlarına və hökumətinin nazirlərinə qarşı korrupsiya ittihamlarının səslənməsini “Hizmet” təşkilatı davamçılarının qəsdi və dövlət çevrilişi cəhdi kimi qiymətləndirmişdi.Polis və məhkəmə tərəfindən həmin vaxt qaldırılmış korrupsiya iddialarına xitam verilmişdi.

 

ABŞ-da “Hizmet”ə bağlı təşkilatları təmsil edən Ortaq Dəyərlər Alyansının verdiyi bəyanatda deyilir ki, Gülen-ə həbs orderinin çıxarılması “diqqəti korrupsiya kimi məsələlərdən yayındırnaq cəhdindən başqa bir şey deyil”.

 

Ötən həftənin sonunda Türkiyə polisi “Hizmet”ə yaxın olduqları iddia edilən media təşkilatılarının binalarına reydlər keçirmişdi. Türkiyə polisinin reydləri artıq Avropa İttifaqı tərəfindən pislənib.

 

“Nə olsun ki, həbs olunanlar jurnalistdirlər? Jurnalistlər cinayət törətmirlər? – deyib Erdoğan Avropa İttifaqından gələn tənqidlərin cavabında, - Jurnalistikadan pərdə kimi istifadə edirlər”. Erdoğan iddialarını əsaslandırmaq üçün Britaniyada telefon söhbətlərinə qulaq asılmasına görə məhkum edilmiş jurnalistləri misal göstərib.

 

Avropa İttifaqının tənqidlərinə gəlincə isə, Erdoğan rişxəndlə bildirib ki, Türkiyəni pisləmək üçün hətta Milad bayramı günlərindən də istifadə edirlər. “Amma 50 ildir ki, Türkiyəni üzvlük növbəsində gözlədirlər. Türkiyə Avropa İttifaqının qapı gözətçisi deyil” – deyib Erdoğan.

 

Cümə günü keçirilən ilkin məhkəmədə “Samanyolu” telekanalının rəhbəri də daxil olmaqla, üç jurnalistə qarşı qətimkan tədbiri seçilib. “Zaman” qəzetinin baş redaktoru Ekrem Dumanlı məhkəmə zalından azad edilib. Lakin onun üzərindəki ittiham götürülməyib və ona məhkəmə dinləməsində iştirak etməsi barədə xəbərdarlıq edilib.

 

Cənab Dumanlı deyib ki, ölkə prezidentinin jurnalistlər barədə bu cür bəyanatlar verməsi ədliyyə prosesinə müdaxilə kimi qiymətləndirilməlidir. “Bu həm də Türkiyə mediasının qalan nümayəndələrinə xəbərdarlıqdır ki, prezident barədə necə yazmaq barədə düşünsünlər” – deyib baş redaktor.

 

Tarix
22 Dekabr 2014 [11:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin