Zaqatalada “Jiquli” yol nişanına çırpılıb

09:09 - 17 Mart 2019 - HADİSƏ

Zaqatalada “VAZ” markalı minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.  

Ucnoqta.az ONA-ya istinadən xəbər verir ki, hadisə martın 16-dan 17-ə keçən gecə Zaqatala-Qax avtomobil yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

1994-cü il təvəllüdlü, Zaqatala rayonu Yuxarı Tala kənd sakini Cəmil Mahmud oğlu Cumayev idarəetdiyi “VAZ 21011” markalı, 62 BC 053 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkət edərkən idarəetməni itirib və maşını yol kənarındakı yol nişanına vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan C. Cumayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti