Suyu qaynadıb içmək zərərlidir - Həkimdən Açıqlama

00:08 - 17 Mart 2019 - DİGƏR

Bəzən suyun çirkli olmasına görə suyu qaynadıb içirik. Qaynadılmış suyu içəndə aşağıda yazılanları bilsəniz yəqin ki, bir daha içməzsiniz.

Tanınmış həkim, xalq təbabəti üzrə bilicisi Füzuli Hüseynov bildirib ki,  su qaynayan zaman tərkibindəki kalsium, kalium, maqnezium, karbonantlar və başqa minerallar sudan ayrılıb qaynayan qabın iç divarlarına yapışaraq sudan ayrılır, belə deyək su mineralsızlaşır.

İkincisi, su qaynayan zaman əmələ gələn qabarcıqlar suda oksigen səviyyəsini aşağı salır, su nə qədər çox qaynayarsa, bir o qədər ağırlaşır (xatırladım ki, atom sənayesində istifadə olunan ağır su sayılan deyterium da suyun dəfələrlə qaynadılması və hidroliz olması nəticəsində alınır). Ağır su hüceyrələrdən pis sorulur, hüceyrələri çiy su qədər qidalandıra bilmir.

Daimi qaynadılmış su içən insanların dəriləri sönük (əksinə çiy su içənlərin dəriləri parlaq olur), saçları cansız, fiziki aktivlikləri həmişə aşağı səviyyədə olur.

Üçüncüsü suyu zərərsizləşdirmək üçün suya vurulan xlor su qaynadıldıqdan sonra artıq zərərli bir birləşmə əmələ gətirir. Hal-hazırda su təmizləyici qurğular satılır. Bu qurğular vasitəsilə adi suyu təmizləyib istifadə edə bilərsiniz və ya marketlərdə təmiz içməli sular satılır, onlardan da istifadə edə bilərsiniz. /medicina.az

Xəbər xətti